Milli ruhun qorunmasında ədəbiyyatın rolu

 

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilib

 

İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib. Mərasimdə dövlət hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar birliyin üzvləri iştirak ediblər.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.

Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirmişdir. Yazıçı şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı şairlərimizin yaradıcılığının gücü ölçüyəgəlməzdir”, - deyə məktubda vurğulanır.

 

Qloballaşma Azərbaycan ədəbiyyatı qarşısında mürəkkəb problemlər qoyur

 

Məktubda qeyd olunur ki, tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması inkişafında da yazıçıların rolu təqdirəlayiqdir.

Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında da mürəkkəb problemlərin olduğu diqqətə çatdırılır əminlik ifadə olunur ki, ədəbiyyat xadimləri onların öhdəsindən layiqincə gələcək: “Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı ərazi bütövlüyü naminə fəda etməyə hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır”.

Mərasimdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb. Bildirib ki, 1934-cü ilin iyun ayında yaradılan Azərbaycan Yazıçılar İttifaqının ilk sədri ədəbiyyatşünas Məmmədkazım Ələkbərli olub. Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı rəhbərlik ediblər.

Yazıçılar Birliyinin tarixindəki qara səhifələrdən söz açan Anar vurğulayıb ki, ötən əsrin 30-cu illərində Azərbaycanın bir çox dəyərli yazıçıları, istedadlı sənətkarları repressiya qurbanı olublar. II Dünya müharibəsi illərində yazıçı şairlərimiz əsərləri ilə cəbhədə döyüşən əsgərləri ruhlandırıblar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında böyük xidmətlər göstərib.

Xalq yazıçısı bildirib ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli lider Heydər Əliyev qurumun bir çox qurultaylarında çıxış edib. Ümummilli liderin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.

 

Mədəniyyət xalqın qayğı düşüncəsi ilə bir addımlayıb

 

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev yubiley münasibətilə Azərbaycan yazıçılarına ən xoş arzularını çatdırıb. Bildirib ki, bu gün ədəbiyyatın mədəniyyətin bayramıdır. AYB-nin 80 illiyinin qeyd edilməsi ilə Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı bir daha təsdiqlənmiş olur: “Azərbaycan mədəniyyəti həmişə öndə getmiş, daim xalqın qayğısı düşüncəsi ilə bir addımlamışdır. Çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin danılmaz zəhmətləri olmuşdur”.

Əbülfəs Qarayev Mədəniyyət Turizm Nazirliyinin yubileyə təbrik məktubunu oxuyub.

Tədbirdə qonaqlar - qardaş Türkiyədən Yahya Agenkin, İmdat Afşar, Seyfəddin Altaylı, Qırğızıstandan Omar Sultanov, Rusiyadan Yevgeni Reyn, Mixail Sinelnikov, Qazaxıstandan Tolen Abdikuli, İrandan Ruqaya Kabiri, ABŞ-dan Aleksandr Qriç, Özbəkistandan Babaxan-Mohammed Şarif, Estoniyadan Xaqani Qayıblı, Almaniyadan Orxan Araz, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Gürcüstanın mədəniyyət abidələrin mühafizəsi naziri Quram Odişariya çıxış edərək yubiley təbriklərini çatdırıblar.

Çıxışlarda yazıçı missiyasından, onların əsərlərinin insanların formalaşmasında rolundan, ömrü sözlə bölüşməyin çətin məşəqqətli bir olmasından, müasir dünyada maraq doğuran ədəbi nümunələrdən bugünkü oxucunun tələblərinə cavab verə biləcək əsərlərin yazılmasının zəruriliyindən söz açılıb. Bildirilib ki, ötən müddətdə Azərbaycan yazıçıları həm keçmiş SSRİ ərazisində, həm dünyada böyük nüfuz qazanıblar. Onların əsərləri xalqlar arasında sülhə, həmrəyliyə xidmət edib.

Mərasimdə xarici ölkələrin yazıçılar birlik təşkilatlarının təbrik teleqramları oxunub.

Sonda AYB-nin sədri mərasim iştirakçılarına dərin minnətdarlığını bildirib. O, həmçinin Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərən, ədəbi nümunələrimizin başqa dillərə tərcümə edilərək yayılmasını reallaşdıran insanlara təşəkkür edib. Yubiley tədbirində İraqda baş vermiş terror hadisələri ilə bağlı Azərbaycan yazıçılarının XII qurultayında təklif edilmiş bəyanatın mətni oxunub. Tədbir konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 20 iyun.- S. 3.