Azərbaycan tarixinin öyrənilməsi üçün dəyərli mənbə

 

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutundaŞah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimatı olub. “Şərq-Qərb” nəşriyyat evində işıq üzü görən kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Ramiz MehdiyevinŞah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır.

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfə təqdim olunur.

Nəşrin elmi məsləhətçisi, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “Tarixi-diplomatik irsmüasirlikmövzusunda məruzə ilə çıxış edib. AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvi Tofiq Hacıyev, Şərqşünaslıq İnstitutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və başqaları toplunun Azərbaycan tarixinin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulayıblar.

 

Mədəniyyət.- 2014.- 25 iyun.- S.13.