Heykəlləşən məhəbbət

 

Ötən əsrin sonlarından etibarən Azərbaycan təsviri sənətində və heykəltəraşlığında özünəməxsus inkişaf təmayülləri müşahidə olunur. Çünki baş verən qlobal hadisələr, dəyişən ictimai-siyasi formasiyaların reallıqları müxtəlif sənət növlərində də əksini tapır.

 

İstedadlı heykəltəraş Sahib Quliyevin yaradıcılıq axtarışlarının şaxələnməsi də əsasən bu dövrə təsadüf edir. Onun əsərlərində orijinal dəst-xəttini, müəllif ideyasının yüksək sənətkarlıqla ifadə olunmasını, ideyalar aləminin zənginliyini müşahidə edirik.

Sahib Quliyev 1954-cü ildə Ağsuda dünyaya göz açıb. Orta məktəb illərindən rəsm əsərlərinə maraq göstərib. Bu sənətə həvəsi onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib çıxarır. 1972-1976-cı illərdə burada sənətin sirlərinə yiyələnir. Bu illərdə ali təhsil almaq istəyi onu tərk etmir. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültəsini bitirir. Bu ali təhsil ocağında Arif Qazıyev və Tokay Məmmədov kimi görkəmli sənətkarlardan aldığı sənət dərsləri onun gələcək uğurlarına böyük təkan verir. Eyni zamanda Ukraynanın paytaxtı Kiyevdə daş heykəllərin yonulması üzrə kursu da bitirir.

Beləliklə, Sahib sənətdə inamlı addımlar atmağa başlayır. 1988-ci ildə Bakıda təşkil edilən ümumittifaqDaş heykəl” simpoziumuna qatılır. Həmin il Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunur.

1989-cu ildə Bakının Mərdəkan qəsəbəsində 2-ci “Daş heykəl” simpoziumunda, 1992-ci ildə Qazaxıstanda təşkil olunan eyniadlı tədbirdə iştirak edir. 2008-ci ildə Londonda sərgiyə qatılır. Dünya şöhrətli fırça ustası, Xalq rəssamı Tahir Salahov da həmin sərgidə iştirak etmişSahib Quliyevin yaradıcılığını yüksək qiymətləndirmişdir. S.Quliyev 2011-ci ildə Azərbaycan rəssamlarının İstanbulda təşkil olunmuş sərgisinin də iştirakçısı olub.

Onun kompozisiyaları bitkinliyi ilə seçilir. Kiçik plastikalı əsərlərinə nəzər salsaq görərik ki, bu heykəllər nə plastika, nə də ki təsirlilik baxımından heç də irihəcmli heykəllərindən geri qalmır. Yaratdığı model nümunələrində də süjetli kompozisiyalara xas olan yüksək bədii həllin davamını görmək mümkündür.

Heykəltəraşın diqqətçəkən cəhətlərindən biri də Azərbaycan təsviri sənətinin klassikmüasir ənənələrinə novatorcasına yanaşmasıdır. Cizgilərin ahəngdarlığı, gözoxşayan üslub, müxtəlif növ materiallardan sənətkarlıqla istifadə S.Quliyevin yaradıcılığının əsasını təşkil edir. Bəzən də bir əsərin yaranması üçün bir neçə növ materialdan istifadə edir. Mərmərdən yonduğuDaranan qadın”, daş materialdan yaratdığı “Oyanma”, ağacdan hazırladığı “Çimən qadın” və digər əsərləri tamaşaçını sənətin sehrinə salır.

Sənətkarın oğlu Vüqar da atasının yolunu davam etdirir. Obrazları işləyərkən karkasın qurulmasından tutmuş, bütün növ materiallara köçürülməsinədək bəzən ataoğulun zəhməti nəticəsində əsər tamamlanır.

Ömrünün 60-cı pilləsində daim yenilik axtarışlarında olan heykəltəraş əsərdən-əsərə, obrazdan-obraza sənətin dibsiz dərinliklərinə baş vurur, dürr çıxarmağa çalışır. Onun hər uğurlu yaradıcılıq işi bu sənətə yeni parlaq səhifələr əlavə edir. Müxtəlif tarixi şəxsiyyətlər, ədəbi qəhrəmanlar, ailə-məişət mövzularında yaratdığı əsərlər sənətkarın incə zövqü ilə tarixə vurulan rəngarəng naxışlardır. “Şirin”, “Bahar”, “Atilla atlı”, “Mömünə Xatun”, “Səadət”, “Şanapipik”, “Leyli və Məcnun”, “Yaz”, “Oturmuşfiqur, “İmperator”, “Portret”, “Anauşaq”, “Atlı”, “Azərbaycan”, “Güzgü önündə”, “Xanəndə”, “Ailə düsturu”, “Oturmuş qadın”, “Uzanmış” fiqur, “Yalvarış”, “ külək”, “Güləş”, “Görüş” və s. əsərləri ərsəyə gətirmək üçün mis, gümüş, qızıl, qranit, mərmər, daş, qabbro daşı, porfir kimi materiallardan istifadə etmişdir.

Heykəltəraş hər bir obrazı dərindən dərk edərək yaratdığı üçün cəmiyyətə ünvanladığı mesaj da tamaşaçıya rahatlıqla çatır. Təsvir olunan hər bir süjet böyük məhəbbət hissi ilə ifadə olunurbizi əhatə edən mühitə canlı və ehtiraslı münasibəti duyulur. Məsələn, sənətkar Şirinin daxili aləmini elə məharətlə açır ki, onun simasında qadınlığın ən gözəl xüsusiyyətləri - nəcibliyi, əsilzadəliyi, humanizmi yüksək təcəssümünü tapmış olur. Müəllif “Leyli və Məcnun” əsərində qəhrəmanların könül çırpıntılarını ifadə edən azad məhəbbəti sənətkarlıqla təsvir etmişdir.

 

Elmira Məsimli,

Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 15.