“Dünya
uşaqların gözü ilə”
Mayın
31-də Azərbaycan Milli İncəsənət
Muzeyində Tofiq İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının nəzdində
fəaliyyət göstərən “Art
studiya”nın layihəsi çərçivəsində “Dünya uşaqların gözü
ilə” mövzusunda rəsm sərgisi açılıb.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgidə Tatyana Kesarın yetirmələrinin Avropa şəhərlərinin ən yaxşı qalereyalarında sərgilənən əsərləri nümayiş olunur.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev və “Art studiya”nın rəhbəri, rəssam Tatyana Kesar çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Uşaq-Gənclər Yaradıcılıq Sarayının nəzdindəki “Art studiya” 25 ildən artıqdır fəaliyyət göstərir. Bu müddətdə studiyanın tələbələri müxtəlif ölkələrdə keçirilən fərqli beynəlxalq rəsm və təsviri sənət sərgilərinin iştirakçıları və qalibləri olublar. Studiyanın tələbələrindən Anar Mustafayev 1993-cü ildə Yaponiyada beynəlxalq uşaq rəsm müsabiqəsində gümüş medalla mükafatlandırılıb, Afaq Bəşirova 2006-cı ildə Fransada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.
Studiyanın yetirmələri Münəvvər Muxtarovanın və Kamilla Hacıyeva-Tsiperoviçin əsərləri Berlin Muzeyinin ekspozisiyasına daxil edilib.
Sərgi iyunun 6-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 13.