Qubada kitab bayramı

 

Mayın 29-da Quba rayon MKS-nin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət evinin qarşısında kitab bayramı keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbirdə mədəniyyət, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərasimi rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasihumanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tariyel İbrahimov açaraq gənc nəslin intellektual səviyyəsinin artırılmasında kitabxana işçilərinin böyük əməyi olduğu vurğuladı. MKS-nin direktoru Saməddin Nəsirov çıxışında dövlət tərəfindən kitabxanaların inkişafına xüsusi qayğı göstərildiyini diqqətə çatdırdı.

Gülüstan” elmi-ədəbi məclisinin sədri, şair, yazıçı-publisist Şıxəmməd Seyidməmmədov belə tədbirlərin əhəmiyyətindən danışdı. O, hələ orta məktəbdə oxuyarkən yazdığı “Kitabşeirini söylədi və gənc şair Nəsimi Novruzəliyevin “Duyğular” adlı kitabını kitabxanaya hədiyyə etdi.

Sonra tədbir iştirakçıları kitab bayramında nümayiş olunan nəşrlər, “Tarix yaradan şəxsiyyət”, “Doğma Qarabağım”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz”, “Uşaqların nağıl dünyası”, “Bacarıqlı əllər” və s. başlıqlar altında kitab sərgiləri ilə tanış oldular.

Bir neçə kitabxana işçisi rayon Mədəniyyət və Turizm Şöbəsi və MKS tərəfindən fəxri fərmanlarla təltif edildilər.

 

Vahid Əliyev,

Quba rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 12.