“Müstəqil Azərbaycanım”

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Biləsuvar rayonu 8 saylı qəsəbə klubunda 28 May - Respublika Günü münasibətilə “Müstəqil Azərbaycanım” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva açaraq “Müstəqil Azərbaycan Respublikası ADR-in varisidirmövzusunda məruzə ilə çıxış etdi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, bu müddətdə çox böyük işlər görülmüş, dövlət quruculuğu üçün zəmin hazırlanmışdır.

Bayram tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Musiqi nömrələri və şeir parçaları qonaqlara xoş ovqat bəxş etdi. Ansamblın ifasında muğamlarxalq mahnıları səsləndirildi, “El atası” mahnısı xüsusi alqışlarla qarşılandı. İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin hərbi geyimli balaca məktəblilərinin söylədiyi “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri hər kəsə qürur dolu anlar yaşatdı. Cəlal Quliyevin sazda ifa etdiyiBaş sarıtel” havası dalğa-dalğa ətrafa yayıldı. 14 saylı tam orta məktəbin rəqs qrupuBöyük Mərcanlı uşaq incəsənət məktəbinin rəqqaslarının və gənc müğənnilər Oktay Əliyevin, Allahverdi Məmmədovun və Fatma Əhmədovanın birgə ifa etdikləri “Azərbaycan” mahnısı tədbirin möhtəşəm sonluğuna çevrildi.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bayram tədbirinə yekun vuraraq xalqımızın yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etməsi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən söz açdı. Bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı.

 

Oktay Əliyev,

Cəbrayıl rayon Mədəniyyət evinin direktoru

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 12.