Uşaq incəsənət məktəbinin hesabat konserti

 

Mayın 27-də Qax rayon uşaq incəsənət məktəbində hesabat konserti keçirilib. Tədbir iştirakçıları öncə məktəbin təsviri incəsənət şöbəsinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Sonra səhnəyə çıxan şagirdlərdən ibarət xor kollektivi xalq və bəstəkar mahnılarını ifa ediblər. Məktəbin müəllimi Qəzənfər Məmmədovun rəhbərlik etdiyi şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblının ifa etdiyi rənglər, şagirdlərdən Elnur Mirzəyev, Abdusalam Şabanlı, Türkan Mustafayeva, Mövlü Muxtarlı və Gülgün Cumazadənin ifasında səslənən mahnılar, xoreoqrafiya şöbəsi şagirdlərinin ifa etdiyi rəqslər tamaşaçılara xoş anlar yaşadıb. Şagirdlər skripka, fortepiano, tarkamançada müxtəlif bəstəkarların əsərlərini ifa ediblər.

Sonda məktəbin direktoru T.Şəkiliyeva çıxış edərək 2013-2014-cü tədris ilində kollektivin qazandığı uğurlardan danışıb, bir sıra müəllim və şagirdləri təltif edib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova müəllim və şagirdlərə uğurlar arzulayıb. Şöbə tərəfindən tədris ilində uğurlar əldə etmiş şagird və müəllimlərə xatirə hədiyyələri, fəxri fərmanlar təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 12.