Xırdalan uşaq musiqi məktəbinin kollektivi İstanbulda çıxış edib

 

Abşeron rayon Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin kollektivi 22-28 may tarixində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD) dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İstanbuldakı məşhur Cemal Reşit Rey salonunda konsert proqramı ilə çıxış edib. Konsertdə məktəbin xalq çalğı alətləri orkestri ilə xanəndəlik sinfinin şagirdləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının konsert ifasını təqdim ediblər. Məktəb kollektivinin ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Məktəbin direktoru İkram Manafov belə layihələrin iki qardaş ölkə mədəniyyətinin qarşılıqlı təbliğində, xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 10.