Turizm xidmət sahəsində
çalışanlar üçün təlim-tədris
kursları
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Belə tədbirlərin uğurlu nəticələri nəzərə alınaraq iyunun 3-də şimal bölgəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi başlanıb. Kurslar iyunun 10-dək Xaçmaz rayonunda keçiriləcək.
Təlim-tədris kursları 4 istiqamətdə
- idarəçilərin təlimçi olaraq
hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə təşkil
olunub. Dərsləri Türkiyədən
dəvət olunmuş müəllimlər
tədris edir. Sonda kurs dinləyicilərinə sertifikatlar
veriləcək. Bu treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər
tutulan yerləşdirmə obyektlərində
xidmət səviyyəsinin yüksəldilməsinə və bu da öz
növbəsində turizmin
inkişafına öz töhfəsini verir.
Mədəniyyət.- 2014.- 4 iyun.-
S. 9.