Xalq artistinin yubileyi
teatr səhnəsində
qeyd edilib
Mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında Nikolay Qoqolun “Evlənmə” tamaşası
göstərilib. Teatrıın mətbuat xidmətindən
verilən məlumata görə, bu dəfə tamaşanın
finalı fərqliliyi
ilə seçilib.
Artıq
üç ildir ki, teatrın repertuarında olan səhnə əsərinin
növbəti nümayişi
Fiokla İvanova rolunda çıxış
edən Xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr olunub. Tamaşanın sonunda sənət
yoldaşları, teatrın
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev
aktrisanı elə səhnədəcə təbrik
ediblər. Seyrçilərin alqış sədaları
və atəşfəşanlıqla
səhnədə doğum
günü tortu kəsilib.
“Şükufə Yusupova
Azərbaycan teatrının
ən istedadlı aktrisalarından biridir. Aktrisa bu
günün sevincini onu sevən tamaşaçılarla paylaşır”,
- deyə Əlisiqmət
Lalayev bildirib.
Həmidə
Mədəniyyət.- 2014.-4 iyun.-
S. 7.