Uşaq hüquqları mövzusunda diskussiya

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvan şəhər Mərkəzi kitabxanasında “Uşaq hüquqları ilə bağlı milli qanunvericilikmövzusunda diskussiya keçirilib. Şəhər məktəbliləri iştirak etdiyi tədbirdə direktor müavini Vəzufə Xudiyeva, kitabxanaçı Sevda Nurəliyeva dövlətimizin uşaqlara diqqət və qayğısı, uşaq hüquqlarının qorunması ilə bağlı görülən işlərdən danışıblar.

Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb.

Diskussiyada məktəbliləri maraqlandıran suallara aydınlıq gətirilib. “Uşaq hüquqları” başlıqlı kitab sərgisi də maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 6.