Ölkəmizin biznes turizmi imkanları Frankfurtda nümayiş olunub

 

Xəbər verdiyimiz kimi, Almaniyanın Frankfurt şəhərində İMEX beynəlxalq biznes turizmi sərgisi keçirilib. Ölkəmizi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosuonun tərəfdaşları təmsil edib.

 

Sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosuonun üzvləri Rusiya, Türkiyə və Yaxın Şərq ölkələri kimi hədəf bazar təmsilçiləri ilə səmərəli görüşlər keçirib. Görüşlər zamanı Avropa ölkələri də Azərbaycanın turizm bazarına xüsusi maraq göstərib.

Azərbaycan Konqreslər Bürosu mayın 21-də sərgi çərçivəsində şam yeməyi təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin Almaniya Federativ Respublikasında rəsmi təmsilçisi olanAviareps” şirkətinin dəstəyi ilə təşkil olunan mərasimdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edib. Nazir müavini çıxışında ölkəmizin turizm sahəsində əldə etdiyi nailiyyətlərdən, bu sahədə yaradılan geniş imkanlardan, iqtisadisosial sahələrdəki yüksək inkişaf göstəricilərindən danışıb. Nazir müavini ölkəmizdə biznes turizmi sahəsinin inkişafı və perspektivlərindən söz açıb. Tanınmış hotelturizm agentlikləri, turizm sahəsində çalışan şirkət və media nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizin biznes turizmi sahəsində imkanları təqdim olunub. Tədbirin sonunda keçirilən əyləncəli müsabiqədə qonaqlardan biri Bakıda həftəsonu istirahət paketi qazanıb.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 4.