“Çölçü”
filmi daha bir festivalın qalibi olub
Rejissor Şamil
Əliyevin 2012-ci ildə
“Azərbaycanfilm” kinostudiyasında
çəkdiyi “Çölçü”
bədii filmi daha bir beynəlxalq
festivalda uğur qazanıb. Rejissor bildirib ki, ekran əsəri mayın 25-dən iyunun 1-dək
Londonda keçirilmiş
XV Rainbow beynəlxalq film festivalında
“Ən yaxşı bədii film” nominasiyasında
qalib elan edilib.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində
Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. Film indiyə kimi 20-dək beynəlxalq festival və kinoforumda iştirak edib, müxtəlif mükafatlara, 2013-cü ilin
“Humay” milli mükafatına layiq görülüb.
Mədəniyyət.- 2014.- 4 iyun.- S. 3.