Arşın mal alanMoskvada nümayiş etdirilib

 

Moskvadakı “Baku” kinoteatrında Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Rusiya Qafqaz Xalqları Konqresinin gənclərin işləri üzrə komitəsininAksentli kinolayihəsi çərçivəsində Azərbaycan kinematoqrafının incilərindən biri - “Arşın mal alanfilmi nümayiş etdirilib.

Filmə baxışdan əvvəl ÜAK-ın təhsil şöbəsinin müdiri Aybəniz Rüstəmova çıxış edərək layihə barədə məlumat verib. Qeyd edilib ki, ayda bir dəfə Qafqaz xalqlarının filmlərinin nümayiş etdirilməsini nəzərdə tutan layihə millətlərarası münasibətlərə töhfə verəcək: “Biz xarici filmlərə baxanda başqa ölkənin mədəniyyəti haqqında çoxlu yeni məlumat əldə edirik. Eyni qayda ilə Qafqaz koloritli filmlər də Rusiya cəmiyyətinə bu xalqların adətləri, mədəniyyəti və ənənələri barədə yeni biliklər verir”.

Filmin nümayişi tam anşlaqla keçib.

Aksentli kinolayihəsinə bu ilin əvvəlində start verilib. Hər kəs arzu etdiyi filmin nümayişini bu layihəyə təqdim edə bilər. Bunun üçün yalnız müvafiq qrup vasitəsilə sosial şəbəkələrdə qeydiyyata alınmaq lazımdır. Həmin şəbəkədə səsvermə yolu ilə növbəti filmi seçmək olar.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 2.