“Əbədiyaşar əfsanəvi insan

 

Mayın 26-da Neftçala rayon Bankə qəsəbəsinin parkında “Əbədiyaşar əfsanəvi insanmövzusunda kitab bayramı keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə təşkil olunmuş tədbirdə dövlətimiz tərəfindən kitabakitabxanaya göstərilən diqqət və qayğıdan söz açılıb. Neftçala MKS-nin metodikabiblioqrafiya şöbəsinin müdiri Bədirə Niftəliyeva, metodist Reyhan Mahmudova və digər çıxış edənlər kitabın insanı kamilləşdirən mənəviyyat qaynağı olduğunu vurğulayıblar. Qeyd olunub ki, insan həyatda qazandığı bir çox uğurlara görə kitablara borcludur. Tədbirin bədii hissəsində aşıq Əvəz ümummilli liderə həsr etdiyi şeirini söyləyib. Məktəblilərin söylədiyi şeirlər və ifa etdikləri rəqslər iştirakçılar tərəfindən alqışlanıb.

 

Mədəniyyət.- 2014.- 4 iyun.- S. 12.