Kitabxanada insan hüquqları mövzusunda tədbir

 

Mayın 28-də Qubadlı rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən tədbiri MKS-nin direktoru Müşgünaz Muradova açaraq mövzuya dair məruzə ilə çıxış edib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov, həmkarlar təşkilatının sədri Əmrah Hüseynov, rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri Afət Abdullayeva, Aytən Cəlilzadə və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər. İnsan hüquqlarının tarixi, respublikamızda Konstitusiya hüququOmbudsman aparatının insan haqlarının müdafiəsi üzrə gördüyü işlər barədə diskussiya aparılıb.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 12.