“Qafqazşünaslıq”
biblioqrafik göstəricisi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının nadir nəşrlər fondunun hazırladığı “Qafqazşünaslıq (XVIII-XX əsrlər)” biblioqrafik göstəricisi çapdan çıxıb.
Kitabxananın mətbuat xidmətindən bildiriblər ki, göstəricidə Qafqazın, İranın və Türkiyənin qədim tarixi, orta əsrlər və XX yüzilliyin tarixi dövrləri əhatə olunur.
Toplu Qafqaz xalqlarının tarixini, coğrafiyasını, etnoqrafiyasını, arxeologiyasını, ədəbiyyat və incəsənətini müfəssəl öyrənmək üçün dəyərli vəsaitdir. Kitab Qafqaz, İran və Türkiyə bölmələrindən ibarətdir.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin
rəyi əsasında hazırlanan, Mərkəzi Elmi Kitabxananın direktoru,
filologiya elmləri doktoru
Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu, Gülarə Xələfovanın
və Nigar Babayevanın tərtibçiliyi
ilə işıq üzü görən
göstəricidə tarix, coğrafiya,
etnoqrafiya, arxeologiya,
kənd təsərrüfatı, sənaye, maarif,
ədəbiyyat, incəsənət və s.
bölmələr əhatə olunur. Topludan istifadəni asanlaşdırmaq məqsədilə
sonda yardımçı aparat-adlar
və müəlliflərin əlifba göstəricisi verilib.
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 10.