Azərbaycanda Misir mədəniyyəti günləri başa çatdı
“İsmailiyyə” folklor ansamblı daha iki konsert proqramı ilə çıxış edib
Azərbaycanda Misir mədəniyyəti günləri davam edir. Dost
ölkənin “İsmailiyyə” folklor
ansamblı iyunun 4-də paytaxtın
Suraxanı rayonunda olub.
Qonaqlar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verilib.
Sonra qonaqlar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkiblər. Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında xüsusi yer tutan XVII-XVIII əsrlərə aid “Atəşgah məbədi” ilə tanışlıq onlarda böyük maraq doğurub. Diqqətə çatdırılıb ki, qoruqda aparılan bərpa və yenidənqurma işlərindən sonra onun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Məbədlə həmahəng inşa olunan əsas binada dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası var. Buradakı muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olmuş qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb.
Daha sonra Misir Ərəb Respublikasının “İsmailiyyə” folklor ansamblı Heydər Əliyev parkında rayon sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
Proqramda rəngarəng Misir xalq rəqsləri, musiqi nömrələri nümayiş olunub.
Qeyd edək ki
“İsmailiyyə” folklor ansamblı iyunun 2-də Dövlət Mahnı
Teatrında, 3-də isə Mərdəkan Mədəniyyət
sarayında çıxış etmişdi.
Kollektivin daha bir konserti iyunun
5-də Qobustan Mədəniyyət evində
keçirilib. Bununla da Azərbaycanda Misir mədəniyyəti
günləri başa çatıb.
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 8.