Daşkənddəki
uşaq şənliyində mahnı və
rəqslərimiz ifa olunub
Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Daşkənddəki Mirzə Uluqbəy adına parkda şənlik keçirib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzi sədrinin müavini Sergey Mironov, RAMM-nin sədri Mobil Məmmədov, Rus Mədəniyyət Mərkəzinin (RMM) rəhbəri Aleksandr Aristov uşaqları təbrik ediblər.
Sonra AMM-nin
nəzdindəki “Azərbaycan qızları” uşaq
rəqs ansamblı və RMM-nin rəqs qrupu Azərbaycan və dünya
xalqlarının rəqslərini ifa edib. Tədbir çərçivəsində
keçirilən sərgidə Azərbaycanın mədəniyyətini,
tarixi abidələrini əks etdirən
fotoşəkillər, milli məişət
əşyaları, qədim musiqi alətlərimiz,
suvenirlər, ölkəmizin turizm
potensialına dair reklam-çap
materialları nümayiş etdirilib.
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 8.