Türk dünyası uşaq
bayramı
İyunun 4-də İstanbulda ənənəvi “Türk dünyası uşaq bayramı” başlayıb. 1995-ci ildə Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən əsası qoyulan tədbir bu il 20-ci dəfə keçirilir. Tədbirə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Moldova, Bolqarıstan, Rumıniya, İraq, İran, Əfqanıstan - ümumilikdə 17 ölkədən iştirakçılar qatılıb.
Uşaqlar üçün, hər il olduğu kimi, bu il də möhtəşəm bir konsert proqramı hazırlanıb. İstanbulun “Ataköy Sinan Erdem” idman salonunda gerçəkləşən konsertdə türkiyəli sənətçi Zəfər İşleyen, Saha türklərinin təmsilçisi Veronika Litkina, Altay türklərinin məşhur müğənnisi İrina Kenzina çıxış ediblər.
Ənənəvi olaraq bu il də türk dünyası uşaqları arasında professor Nevzat Atlığın rəhbərlik etdiyi münsiflər heyətinin seçimi ilə səs yarışması keçirilir. Türk Dünyası Araşdırmalar Vəqfinin və İstanbul Milli Təhsil Müdirliyinin dəstəyi ilə 10 gün davam edəcək tədbirdə qonaqlar şəhərin tarixi və turizm yerləri ilə də tanış olacaqlar. Qeyd edək ki, 40-a yaxın uşaq qrupunun (500-ə yaxın şagird və 70-dək müəllim) iştirak etdiyi bayram böyük coşqu ilə davam edir.
Mehparə
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 5.