Görkəmli opera müğənnisinin xatirəsi yad edilib

 

İyunun 4-də Niyazinin mənzil-muzeyində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Muzeyin foyesində sənətkarın həyat fəaliyyətinə dair arxiv materialları əsasında hazırlanmış fotosərgi nümayiş olunurdu.

 

Tədbirdə muzeyin direktoru Rza Bayramov çıxış edərək Lütfiyar İmanovun Azərbaycan vokal ifaçılığına yeni rəng qatan sənətkar olduğunu vurğuladı.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Lütfiyar İmanovun həyat yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini bitirən L.İmanov dövlət estrada orkestrində, sonralar Musiqili Komediya Teatrında çalışıb. 1958-ci ildə gənc müğənni maestro Niyazinin diqqətini çəkib. Ona Akademik Opera Balet Teatrında Koroğlu rolunu oynamaq təklif edilib. Bir çoxları Lütfiyarın hələ gənc olduğunu bu rolun öhdəsindən gələ bilməyəcəyini desə , o, 1959-cu ildə Moskvada tamaşaya qoyulanKoroğluoperasında baş rolu böyük ustalıqla oynayıb.

Bundan sonra onun opera səhnəsində çıxışları daha geniş vüsət alır, Azərbaycan musiqisini xaricdə layiqincə təbliğ edir. Sənətkar ilk dəfə 1960-cı ildə Hindistanda qastrol səfərində olur mahnıları Azərbaycan dili ilə yanaşı, hind dilində ifa edir. Sonralar Türkiyə, Bolqarıstan, Norveç, Kuba, Çexiya, Polşa, Almaniya digər ölkələrdə musiqimizin şöhrətini yayır.

Xalq artistləri Canəli Əkbərov, Xuraman Qasımova sənətkarın ailə üzvləri çıxış edərək müğənninin zəngin yaradıcılıq yolundan söz açdılar, xatirələrini bölüşdülər.

Lütfiyar İmanovun yaradıcılığını əks etdirən videoçarx, “Koroğlu”, “Vaqif”, “Otellooperalarından videogörüntülər nümayiş etdirildi.

Tədbir Azərbaycan bəstəkarlarının dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam etdi. Bakı Musiqi Akademiyasının tələbələrinin Azərbaycan Televiziyası Radiosunun solistlərinin ifasındaLaçın”, “Ay dilbər”, “Aman ovçuxalq mahnıları, “Gülə bilməz bahar sənsiz”, “Sənə qalmaz”, “Koroğluoperasından Koroğlunun ariyası, “Seviloperasından Sevilin ariyası başqa musiqilər səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 5.