“Göy
qurşağı” xeyriyyə sərgisi
“Baku Creative Center”in təşkilatçılığı və “Garant Holding”in direktorlar şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların əl işlərindən ibarət “Göy qurşağı” xeyriyyə sərgisi keçirilib.
“Baku Creative Center”dən bildiriblər ki, “Onların dünyasını öz ürəyinlə rənglə” şüarı ilə təşkil edilən sərginin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan yaradıcı uşaqları dəstəkləmək, onların istedadlarını geniş auditoriyaya təqdim etməkdir.
Açılışda “Garant Holdingin” nümayəndəsi və “Baku Creative Center”in direktoru Emin Yasinov çıxış edərək qonaqları simvolik məbləğlərlə satışa qoyulan əl işlərini əldə etməyə və bununla da gənc istedadlara stimul verməyə səsləyiblər.
Sərgidə 20-dən çox
gənc istedadın yağlı və sulu
boya ilə işlənmiş 40-a yaxın
rəsmi nümayiş olunub.
16 əl işi ziyarətçilər tərəfindən
alınıb.
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 5.