Qəhrəmanlar ölmürlər

 

Milli Qəhrəman Cavanşir Rəhimov haqqında sənədli filmin təqdimatı

 

İyunun 5-də Qax şəhərindəki Səməd Vurğun adına Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "Cavanşir" sənədli filminin təqdimatı keçirilib. Dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkilən filmin rejissoru Kəmalə Musazadədir.

Ekran əsəri Qaxda doğulub boya-başa çatmış Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunub. Təqdimat mərasimində qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə, rayon ziyalıları, Cavanşir Rəhimovun anası çıxış edərək belə filmlərin əhəmiyyətindən danışıblar. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğu, ehtiramla anıldığı qeyd edilib.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 4.