Neftçala uşaq incəsənət məktəbində hesabat konserti

 

Mayın 5-də Neftçala rayon uşaq incəsənət məktəbində 2013/2014-cü tədris ilinin başa çatması ilə əlaqədar yekun hesabat konserti keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai, siyasihumanitar məsələlər üzrə şöbə müdiri G.Sadıqova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini icra edən E.Kazımova, mədəniyyət işçiləri iştirak ediblər.

Məktəbin direktoru Ə.Əsgərov təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Sonra tar, qarmon, fortepiano, nağara ixtisası üzrə təhsil alan şagirdlər öz məharətlərini nümayiş etdiriblər. Rəssamlıq üzrə təhsil alan şagirdlərin əl işləri də nümayiş olunub. Sonda fərqlənən şagird və müəllimlər fəxri fərmanlar və hədiyyələrlə təltif ediliblər.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 4.