Azərbaycan-Qırğızıstan
əlaqələri müzakirə edilib
Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin parlament sədri Asılbek Jeenbekovla görüşüb. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Mədəniyyət sahəsində əməkdaşlığa toxunan parlamentin sədri son vaxtlar bu istiqamətdə mühüm işlərin görüldüyünü qeyd edib. Ötən ilin dekabrında Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini, Bişkekdə Azərbaycanın Xalq yazıçısı Anarın yaradıcılıq gecəsinin təşkilini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Qırğızıstan
Hökumətlərarası Əməkdaşlıq
Komissiyasının iclasına hazırlıq barədə də
söhbət açılıb.
Mədəniyyət.- 2014.- 6 iyun.-
S. 4.