TÜRKSOY ölkələrinin teatr əməkdaşlığı

 

Mayın 31-dən iyunun 2-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində türkdilli ölkələrin III Teatr və Təhsil Forumu keçirilib. Forum çərçivəsində iyunun 1-də TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Şurasının üçüncü toplantısı gerçəkləşib. Tədbir “Kazan - Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2014” ili çərçivəsində keçirilib.

Toplantıda türkdilli ölkələr arasında teatr sahəsində əməkdaşlığın inkişafı, həyata keçirilən işlər və gələcək işbirliyi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizdən Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib. Qeyd edək ki, səfər əsnasında türkdilli ölkələrin teatr təmsilçiləri Kazan teatrlarının fəaliyyəti ilə tanış olublar.

Türkdilli ölkə və diyarların teatr tədbirlərinin dəstəklənməsi, Ufada “Tuqanlık” festivalı, KonyadaMin nəfəs-bir səs”, KazandaNevruz” festivalı və digər bu kimi müxtəlif teatr tədbirlərinə dəstək TÜRKSOY təşkilatının önəm verdiyi istiqamətlərdən biridir. 2012-ci ildə qurumunTeatr almanaxı” nəşr olunmağa başlayıb. Bu ilin mayında təşkilatın dəstəyi ilə Konyada keçirilən teatr festivalı çərçivəsində “Dədə Qorqud hekayələri” səhnə layihəsinə başlanılıb.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 4.