Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 98-ci sessiyası

 

İyunun 5-də İspaniyanın Santiaqo de Kompostela şəhərində BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 98-ci sessiyası işə başlayıb. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev iştirak edir.

Sessiya çərçivəsində DTT-nin baş katibi Taleb Rifai tərəfindən 2013-2014-cü illər üzrə beynəlxalq turizm üzrə hesabat təqdim olunacaq, "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılacaq. Tədbirin sonunda İcraiyyə Şurasının 99-cu və 100-cü sessiyalarının keçiriləcəyi tarix və ölkələr müəyyən olunacaq. Sessiya iyunun 6-da başa çatacaq.

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 2.