Fotoqraflar Birliyində “açıq qapı” günü

 

Azərbaycan Fotoqraflar Birliyi iyunun 8-də “ART VİLLA” sərgi salonunda “açıq qapı” günü keçirib. Toplantıda TÜRKSOY-un Türkiyənin Isparta şəhərində keçirilən “Güllər və göllər” yaradıcılıq görüşündə Fotoqraflar Birliyinin təmsilçisi kimi iştirak edən Zamin Cəfərov təqdimatla çıxış edib.

Tədbirdə Azərbaycan Fotoqrafları Birliyi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin birgə keçirdiyi aylıq “Natürmort” fotomüsabiqəsinə yekun vurulub. Bildirilib ki, müsabiqəyə 30 nəfər 72 təqdim edib. Üç foto aprel ayı müsabiqəsinin qalibi olub, Araz Adiloğlu, Zenfira Mahmudova və Ruqiyyə Rəsulovaya hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 15.