Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr
olunmuş konsert
Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar
Naxçıvan Musiqi Kollecinin
simfonik orkestrinin konserti olub.
Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində keçirilən konsertdən əvvəl kollecin müəllimi Səməd Əsgərov muxtar respublikanın yaradılmasının tarixi və siyasi səbəblərindən ətraflı söhbət açıb, ötən müddətdə bölgənin keçdiyi inkişaf yolundan bəhs edib.
Sonra kollecin simfonik orkestrinin konserti təqdim olunub. Proqramda klassik Azərbaycan
musiqisi nümunələri,
bəstəkar mahnıları
ifa edilib. Orkestrin ifasında M.Maqomayevin “Azərbaycan”, F.Əmirovun
“Azərbaycan süitası”,
R.Məmmədovun “Doğma
Naxçıvan” və
digər musiqi nümunələri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2014.- 11 iyun.- S. 12.