Puşkinin 215 illiyi Bakıda
qeyd edilib
İyunun 6-da dahi rus şairi
Aleksandr Puşkinin anadan olmasının 215-ci
ildönümü ilə
əlaqədar ədibin
Bakıdakı abidəsi
önündə xatirə
tədbiri keçirilib. Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı
səfirliyi və “Sodrujestvo” cəmiyyətinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə şairin
həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında qoyduğu
əbədi izdən söhbət açılıb.
Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin, Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar,
Səbail Rayon İcra
Hakimiyyəti başçısının
birinci müavini Xalidə Bayramova, “Sodrujestvo” cəmiyyətinin
sədri Tatyana Kərimova
belə tədbirlərin
keçirilməsinin Azərbaycan
və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin
gücləndirilməsində rolunu vurğulayıblar. Bildirilib ki, Puşkinin adını daşıyan
parkda şairin doğum gününün
qeyd edilməsi artıq ənənəyə
çevrilib. Dahi şair
təkcə Rusiyada deyil, dünyanın bütün xalqları tərəfindən sevilir.
Puşkinin Azərbaycanda
sevilməsində onun
əsərlərinin görkəmli
şair və yazıçılarından Məmməd
Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə
edilməsinin böyük
rolu olub.
Tədbirdə Səbail rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri, Azərbaycandakı
rus icmasının nümayəndələri
şairin Azərbaycan və rus dillərində şeirlərini səsləndiriblər,
Puşkinin nağıllarından səhnəciklər
göstərilib.
Mədəniyyət.- 2014.- 11 iyun.-
S. 12.