Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm...

 

Xalq şairi Vaqif Səmədoğlunun 75 illiyi qeyd olundu

 

Bunu hər kəs gözəl misra, cəsarətli etiraf kimi təlqin edər, amma onun kimi real duya və dərk edə bilməz. Çünki o, bütün zamanlarda “Qələm yola düşəndə onun dalınca ya Allah su atır, ya da Şeytan”ın müşayiətinə inanıb, onu dərk edib. Amma heç bir yazı-pozusunda özünə, sözünə xəyanət etməyib, həqiqətlərdən qorxmayıb, qaçmayıb, “Yalan demişəm, amma heç vaxt aldatmamışam” kimi bir gerçəyi hayqırıb.

 

Ona görə də hər zamanİlin bütün fəsillərində yalnız dar ağacı bar verirdeyibbu dediyindən qorxmayaraq yaşayıb-yaradıb. “Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaqkimi nisgilli, acı, ağır, real həqiqətin yükünü çəkə-çəkə üsyanlara da qalxıb və bu qənaətə gəlib ki, “Yer üzündə həqiqət olsaydı, Allaha ehtiyac qalmazdı”.

Ağır, nahamar, mənalı, bəlkə də tənha bir şair ömrü yaşayıb. Amma bu yaşantısında da özünü ilahiləşdirən sözlərdən qaçıb, özünü sözə təslim edib, ona tapınıb. Gördüyü işi, şair oluşunu bütləşdirmədən “Şair üçün həyat şeir yazmağa bəhanədir” kimi bir gerçəyə qonaq edib hər kəsi. Və elə buna görə də ömrün 75-ci dayanacağında özündən əmin, dediklərindən yuxarı, hislərindən mükəmməl bir şair obrazı yarada, Vaqif özü, Səmədoğlu izi sala bilib.

 

Poeziya dünyanın arzu tarixidir

 

Bunu da o şair deyib. Bilmirəm, bəlkə də yazdıqlarını arzusu kimi qanadlandırıb, reallıq kimi qavrayıb, əbədiyyəti kimi ruhunda dəfn edib. Və ya əksinə, ölü canlara ruh, əbədi həyat vədi üçün poeziyadan real vasitə kimi istifadə edəcək qədər ustalaşmaq məqamında arxayınlaşıb. Hər halda Vaqif Səmədoğlu misralarında özünü görüb göstərə bilib.

Yaşantılarından boylandıqca yenidən özünə qayıdıb. Ammayazmaqdan, nə də onları millət məhsulu etməkdən doymayıb. “Beynim, ürəyim şeir qəbiristanlığıdı. Yüzlərlə şeir basdırılıb, onları diriltmək məndən asılı deyil”, - deyə təbəssümlə köks ötürsə də, əslində, bir çox sabahların da şairi kimi fikirlərini çatdıra bilib:

 

İndidua, nə qarğış,

Nə nəzir demək vaxtıdır.

Dünya susmalıdır artıq,

Allaha kömək vaxtıdır.

 

“Həyat saksafona bənzəyir;

özü əyri, səsi gözəl”

 

Elə adlar var ki, onun önündə nə tərif, nə təyin, nə də hər hansı şanlı təqdimata ehtiyac var. Özünün dediyi kimi “Mən nə dünənin, nə bu günün, nə də sabahkı cəmiyyətin şairiyəm. Mən sadəcə Vaqif Səmədoğluyam”. Bu sadə təqdimatdan düşən parlaq işığın bələdçiliyi ilə onun qələmindən çıxan dopdolu həqiqətlərlə tanış hər kəs sadə şairlə görüşə gəldi. 5 iyunda 75 yaşı tamam olan Xalq şairi, “Şöhrət” və “İstiqlalordenli, müxtəlif milli-mənəvi titullu Vaqif Səmədoğlu ilə. İyun gecəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının zalı möhtəşəm şeir havasına köklənmişdi.

Allahım, nə böyük sevgi və səadətli bir gecədir! Hər kəs hələ illər əvvəl “Həyatdakı bütün ayrılıqlar “salam” sözündən başlayır” deyən şairin sözünün işığına toplaşmışdı. Sadə vətəndaşdan ən yüksək çinli dövlət məmuruna, sıravi oxucudan məşhur elm, mədəniyyət, incəsənət xadiminə, yəni ruhunu, zövqünü Vaqif şeriyyətinə təslim edən hər kəs orada, Allaha yaxın söz sahibinin hüzurunda idi. Bu gözlənilən, arzu olunan və aclığı çəkilən görüşdən hər kəs çox məmnun görünürdü. Ən çox da səbəbkar, yubilyar özü.

Bir zamanlarPuşkini dueldə öldürən güllənin səsindən neçə milyon oxucu oyandı” söyləyən şair sanki bu axşam şeirlərinin təsirini müəyyən edirdi. Deyəsən, buna görə bir az da qayğılı idi. Amma, o hər halında məmnun idi. Oxucular qarşısına, tribunaya çıxanda bu kövrək səadəti təsirini daha da artırdı və bəlkə də bunu daha çox özü hiss etmişdi. Ona görə də qısa nitqini yumora elə ustalıqla bələdi ki, zalda qəhərə bələnmiş gülüş qopdu: “Səsim çıxır? Hələ çıxacaq bir müddət...nə deyim. Bu ordenə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Əslində ürəyim doludu e yaman. Amma bu azar elə dağlayıb ki... öpürəm sizi!..” Əlini minnətdarlıqla sinəsinə sıxan şairin könül sızladan son sözləri gurultulu alqışla cavablandırıldı. Tamaşaçılar xəstəlik, azar, bədbinlik notlarını sanki bu gur səsdə batırmaq, eşidilməz etmək istədilər...

 

Doğru yolun hər döngəsi yalandır”

 

Həqiqəti belə təsvir edən, onda gizlənə bilən yalanları bu cür ustalıqla “ifşa” edən şairin yubiley gecəsində onun ədəbiyyatımız üçün əvəzsiz olduğu bir daha xatırlandı, təkrarlandı. Qələm dostlarının, ədəbiyyatşünas və digər sənət adamlarının düşüncələrindən Vaqif Səmədoğlu poeziyasına baxış göründü.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Vaqif poeziyasının dərinliklərindən danışdı. Ədəbiyyatımızın kiçik Vaqifinin böyük söz qüdrətinə malik olduğunu dilə gətirdi: “Məncə, Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır. İki dəfə iki dörddür. Bu həqiqətdir. Bunubuna bənzər həqiqətləri şeirlə ifadə etsən heç bir etiraz doğurmaz. Amma bu arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır.

Vaqif hansı janrda yazır yazsın - şeir, mahnı mətni, pyes, kinossenari - hər an istedadı görünür”.

AMEA-nın müxbir üzvü, millət vəkili, ədəbiyyatşünas Nizami Cəfərov isə çıxışına 35 illik tarixə söykənən bir xatirə ilə başladı və hələ o zaman Yusif Səmədoğlunun qardaşı haqqında dediyi fikri yada saldı və onunVaqif Səmədoğlu Azərbaycanın ən böyük şairidirxahiş edirəm bunu onun özünə çatdırın” sözünü xatırlatdı: “Azərbaycanın istiqlal mücadiləsində azadlığa verilən bütün poetik boyalarda onun öz sözü, yeri olub. O, azadlıq uğurunda düşüncə döyüşlərində hər zaman irəlidə olub. Şair bütün çoxşaxəli düşüncələriylə daha çox insan, millət, dövlət azadlığını bir-birindən ayırmayan və bu mürəkkəb sistemi özünün yüksək fəlsəfi-poetik təfəkkürü ilə xalqına çatdıran və onun ruhunu ifadə edən böyük sənətkarlardandır. O, poeziyamızda Səməd Vurğun üslubu ilə Rəsul Rza üslubunu birləşdirə bildi. Amma onların heç birinə bənzəməyərək Vaqif Səmədoğlu dəst-xəttini yaratdı”.

Kinorejissor, Xalq artisti Ramiz Həsənoğlu dost təbrikində şairin ədəbi nümunələrindən, uğurlu səhnə həyatı yaşayan əsərlərindən söz açdı: “Vaqif Səmədoğlunun teatr, kinoteleviziya əsərlərinin üstündən sükutla keçmək olmaz, çünki onlar da sənətin bu növlərində tamamilə unikal hadisələrdir. Onun “Yaşıl eynəkli adam” ssenariləri əsasında eyniadlı televiziya tamaşalarını xatırlamaq istərdim. Sevinirəm ki, bu teatrın səhnəsində onun daha bir əsərinə quruluş vermək mənə həvalə olundu. Onu və hər kəsi bu ayın sonunda Vaqif qələminin fərqli nümunələrindən olan “Generalın son əmri” tamaşasına baxmağa dəvət edirəm”.

 

Doğulur sonuncu insan”...

 

Könüllərdən qopan sözlərini demək üçün tribunaya can atan, şairinə ürəyini boşaltmaq istəyən çox idi. Amma hər kəs susdu, şeir payı, mahnı sovqatı umacağına görə. Qayavokal instrumental ansamblının solistləri oxuyurdu:

 

Aparır məni vaxt, aparır,

Könlümdən, əlimdən qoparır,

Ay ana, gözlərim qapanır!

Gələrəm buludlar keçəndə.

Bəlkə, bəlkə, bəlkə ...

 

İllər öncələrin olmuşlarını səhnəyə yığıb tökən mahnı yerini şairin seçkin şeir çələnginə verdi. Akademik teatrın aktyorları Sabir Məmmədov Münəvvər Əliyeva həzin musiqinin müşayiəti ilə coşqu dolu bir sevgi hekayəti danışdılar. Sonra Xalq artisti Mübariz TağıyevSən gələndədeyib şairə yönəldi. Musiqinin ritmi ilə ləngər vuran duyğular yerini Vaqif Səmədoğlu yaradıcılığının səhnədən keçən son əsəri, hazırlanmaqda olanGeneralın son əmritamaşasından parçaya verdi. Bu epizod həyatı gerçəkliyi ilə qəbul etmək istəməyən insanlarla istedadlı vokalçı Aqşin Abdullayevin səsində itən keçmişlər, heç vaxt tapılmayanYaşıl ada”nın səadətinə bələnənlər arasında təzad yarada bildi.

Sonra səhnədəÇiçək yağışı”, şeir çələngi, saz havası dalğalandı. Duyğu selindəYaşıl eynəkli adam”lar da keçdi səhnədən, üzlərdəki donuq təbəssümə ani şuxluq gətirib getdilər. Şairin heç vaxt prototipi olmayan ömrü boyu cəfəng xoşbəxtlik xəyallarında mürgüləyən Moşu Göyəzənli Bəxt üzüyü”ndən səsləndi. Sumqayıt Musiqili Dram Teatrının aktyorları da çalışdıqları teatrın həyatında dönüş yaradan bu pyesə görə şairə belə təşəkkür etdilər.

Səhnədə qurulan iri ekranda şairinHəyat düşüncələrisəsləndi. Bu düşüncələr kiminə köks ötürtdü, kiminə təsdiq işarələridedirtdi”. Bircə müəllif, o dərinliklərə varıb, alt qatlardan xəbər verən sözün sahibi ağır-ağır ətrafı süzdü. Sanki dediklərinin necə təsir yaratdığını canlı duymaq istəyirdi.

Şəhla Həmidovanın səsindəki həzinlikdə oxunanBir axşam taksidən düşüb payıza. Bilmədik haraya, hayana gedək...” bu dəfə şairin özünü kövrəltdi deyəsən. Qız həzin-həzin oxuduqca şair ötənlərə boylanan gözlərini silir susurdu. Bu susqunluq nələri demək istəyirdi, görəsən?.. Bax bunu bilmədik yəqin ki, heç bilməyəcəyik .

Bu sükutu pozan yenə şairin səhnədən ucalan həyat, sevgi dolu səsi oldu. Öz incə yumoru, dürüst analizi sərrast müşahidəsi ilə hər kəsi valeh edən sənətkar sonda Vətənə oğul təşəkkürünü dilə gətirdi, baş əydi, minnətdarlıq hissləri ilə dolu etiraflarda bulundu. Sonra əsl azərbaycanlı kişisi kimi ömür-gün yoldaşına sevgi sayğısını bu dəfə səhnədən dedi alqış sədalarının qulaq batıracaq gurultusu ilə səhnədən endi. Bir daha, özü yaxın zamanlarınnövbəti görüş”lərində yenidən səhnəyə çıxmaq üçün...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 10.