Azərnəşr”in 90 illik yubileyi qeyd edildi

 

İyunun 6-da “Dalğa Plaza”da Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in yaranmasının 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, tanınmış ədəbiyyat mədəniyyət xadimləri iştirak edirdi.

 

Yubiley mərasimində çıxış edənAzərnəşr”in direktoru Azər Mustafazadə qurumun yaranmasından fəaliyyətindən danışdı. Qeyd etdi ki, 1923-cü ildən fasiləsiz fəaliyyət göstərənAzərnəşrtəkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman Şərqində ilk dövlət nəşriyyatı olub. Nəşriyyatda Azərbaycanın tanınmış şəxsləri - Ruhulla Axundov, Əhməd bəy Cuvarlı, Hökümə Sultanlı, Mustafa Əfəndiyev kimi insanlar çalışıb. Həmçinin ədəbiyyatımızın görkəmli nümayəndələri Əhməd Cavad, Salman Mümtaz, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Rəsul RzaAzərnəşr”də fəaliyyət göstərərək Azərbaycanda əhalinin savadlanmasında, elmin, təhsilin, mədəniyyətin ədəbiyyatın inkişafında böyük rol oynayıblar. Nəşriyyat fəaliyyəti dövründə yetişən nəslin, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verib. Vurğulandı ki, “Azərnəşrötən illərdə olduğu kimi, bundan sonra da xalqımızın maariflənməsi, ölkəmizdə nəşriyyat işinin daha da inkişaf etdirilməsi, çap məhsullarında dövlətçiliyimizin, milli ruhun təbliği istiqamətində fəaliyyətini davam etdirəcək.

Azər Mustafazadə qeyd etdi ki, “Azərnəşr”də ötən illər ərzində on minlərlə müxtəlif profilli kitab çap olunub. Azərbaycan tarixinə, Qarabağ həqiqətlərinə həsr olunmuş onlarla kitab rus, ingilis, fransız digər xarici dillərdə işıq üzü görüb. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını daAzərnəşroxuculara təqdim edib. Son on ildə nəşriyyatda ümummilli lider Heydər Əliyevin çıxışları, bəyanatları, müsahibə məktubları, digər sənədlər toplanan "Müstəqilliyimiz əbədidiradlı 46 cildlik çapdan çıxıb. Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən "İnkişaf məqsədimizdir" çoxcildliyi nəfis tərtibatdaAzərnəşr”də çap olunur.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs QarayevAzərnəşr”in Azərbaycanda mədəniyyətin inkişafında, gənc nəslin formalaşmasında, ədəbiyyatın təbliğində göstərdiyi xidmətlərdən tutduğu önəmli mövqedən danışdı. Nazir ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin ölkəmizdə kitab nəşriyyat işinə göstərdiyi diqqət qayğıdan söz açdı: “Ölkəmizdə bütün sahələrdə olduğu kimi, nəşriyyat sahəsinə xüsusi diqqət var. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunması bunun bariz nümunəsidir”.

Qeyd olundu ki, Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsi, dövlətçiliyin daha da möhkəmləndirilməsi, müstəqillik ideyalarının təbliğində mühüm xidmətlər göstərənAzərnəşr” son illər bu istiqamətdə fəaliyyətini daha da genişləndirib. Nəşriyyatın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Nazir diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli sərəncamı iləAzərnəşr”in bir qrup əməkdaşıƏməkdar mədəniyyət işçisifəxri adına Tərəqqimedalına layiq görülüb.

Sonra Əbülfəs Qarayev mükafatları sahiblərinə təqdim etdi. Qasımov Mirqalim Mirabdulla oğlu, Məmmədyarova Elmira Kamil qızı Mikayılzadə Pikəxanım Qulam qızınaƏməkdar mədəniyyət işçisifəxri adının vəsiqə nişanı, Babayev Tofiq Ağababa oğlu, Əzizova Sevinc Aslan qızı, Fərəcov Etibar Zülfüqar oğlu, Hüseynova Aynaxanım Əliağa qızı, Kərimova İlhamə Ələkbər qızı, Məmmədova Lətifə Musa qızı, Nəcəfova Zoya Qurban qızı Sadıqov İslam Hüseyn oğlunaTərəqqimedalı təqdim olundu.

Nazir mükafatlandırılanları Azərnəşr”in bütün kollektivini yubiley münasibətilə təbrik etdi, gələcək işlərində yeni-yeni uğurlar arzuladı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 8.