On iki yaşlı azərbaycanlı vokalçı Kreml Sarayında çıxış edib

 

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında “Nəsillərin melodiyası” adlı II beynəlxalq uşaq musiqi festivalı keçirilib.

Azərbaycan, Belarus, Çin, Qırğızıstan və Rusiyadan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə çıxış ediblər.

Tədbirdə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin VI sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı, 12 yaşlı Çinarə Əzimova təmsil edib.

Bülbül adına orta ixtisas musiqi məktəbindən bildiriblər ki, Çinarə Əzimova böyük uğurlara imza atıb. Yeniyetmə vokalçı Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən beynəlxalq müsabiqədə, Latviyada keçirilən gənc vokalçıların “Riqa Symphony” beynəlxalq müsabiqəsində “Qran-pri” mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 4.