Gənc pianoçunun böyük uğuru

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə 10-cu sinif şagirdi, Prezident təqaüdçüsü Atabala Manafzadə İsveçin Stokholm şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak edib. Müsabiqə 6-9 iyun tarixində İsveçin "Konçertante" Assosiasiyası, "Maestro Akademiya" Təşkilatı və Rusiyanın Gertsen adına Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.

Müsabiqəyə ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çin, Estoniya, İtaliya, Fransa və digər ölkələrdən 5 yaş qrupu üzrə 150 gənc pianoçu qatılıb. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsi Atabala Manafzadə 1-ci dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 4.