“Ümid
yeri”
İstiqlal Muzeyi hərbi hissədə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib
İyunun 11-də Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən hərbi hissələrin birində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Ümid yeri” adlı tədbir keçirib.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin oxunması ilə başlanıb. Azərbaycan Turizm İnstitutunun ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, çavuş Nihad Mehdizadə, İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Gülay Ramazanova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda Yasamal
rayonundakı 24 saylı uşaq
yaradıcılıq mərkəzinin üzvləri - “Səma”
qrupu tərəfindən
hazırlanmış bədii-musiqili kompozisiya
nümayiş olunub.
Mədniyyət.- 2014.- 13 iyun.- S.
14.