Kürdəmirin turizm imkanları
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsi rayonda turizmin inkişafı ilə bağlı bir sıra maraqlı təkliflər irəli sürüb.
Ərazisi yovşanlı və şoranlı yarımsəhra olan, yayda hərarətin 40 dərəcəyədək yüksəldiyi rayon ilk baxışda turizm üçün heç də əlverişli təbiətə və iqlim şəraitinə malik deyil. Bununla belə, Kürdəmirin turizm üçün bir sıra imkanları var.
Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, rayonun ərazisindəki “Şəhərgah yaşayış yeri» adlı arxeoloji abidə də turistlərin marağına səbəb ola bilər. Bakı-Qazax magistral avtomobil yolundan 13 kilometr məsafədə, Ərəbqubalı kəndində yerləşən abidə qədim Şirvan şəhərinin qalıqlarından ibarətdir. Sığırlı kəndindəki ilk orta əsrlərə aid olan Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq da maraq doğurur.
Kürdəmirin ərazisindən Kür, Girdiman və Ağsu çayları axır. Kür çayının sahillərində nadir Tuğay meşələri
mövcuddur. Mollakənd kəndində isə
çay və balıqçılıq turizmini inkişaf etdirmək
olar. Kənddə, eyni zamanda radon və yod maddələri
ilə zəngin
mineral su mənbəyi
var. Oradakı «Ulusu» sanatoriyasında
bir çox xəstəlikləri
müalicə etmək mümkündür.
Mədəniyyət.- 2014.- 13 iyun.-
S. 11.