TRT-nin Bakı təmsilçiliyinin yeni layihələrinin təqdimatı

 

Hyatt Regency Baku” hotelində TRT-nin Bakı təmsilçiliyi yeni layihələrin - “Röya kimi” və “Qürbətdəki elçilərimiz” verilişlərinin təqdimatını keçirib. Mərasimdə “TRT Avaz” kanalının koordinator müavini Murat Akkoç, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, tanınmış sənətçilər, media nümayəndələri, millət vəkilləri iştirak edirdi.

Tədbirdə ilk olaraqRöya kimiverilişinin videosu nümayiş olunub. TİKA-nın dəstəyi ilə gerçəkləşdirilən və insanların evini yeniləyərək ev sahiblərinin xəyallarını reallaşdıran layihə maraqla qarşılanıb.

Daha sonra TRT-nin Bakı təmsilçisi Emrah Timurçin Yazıçı “Qürbətdəki elçilər” verilişini təqdim edib. Azərbaycanda çalışan türkiyəli adamlarının fəaliyyətindən bəhs edən layihə “TRT Avaz” kanalında yayımlanacaq.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, Türkiyə İşbirliyi Koordinasiya Agentliyinin Bakı ofisinin rəhbəri Mustafa Haşım Polat və digər çıxış edənlər yeni layihələri yüksək qiymətləndiriblər. TRT Bakı təmsilçiliyinin ərsəyə gətirdiyi layihələrin Azərbaycan-Türkiyə qardaşlığına daha bir töhfə olacağı vurğulanıb.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 13 iyun.- S. 6.