Ağsuda bayram gecəsi

 

Ağsu rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xalq artisti, Dövlət mükafatı laureatı Alim Qasımovun və Əməkdar artist Fərqanə Qasımovanın ifalarında möhtəşəm bayram konserti təqdim edilib.

Ağsu Mədəniyyət sarayında keçirilən konsert gecədən xeyli keçənədək davam edib. Tanınmış sənətkarların ifasında xalq mahnıları və muğamlarımız özünəməxsus ustalıqla ifa olunub. Xanəndələrin ifaları dinləyicilər tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanıb. Bayram konsertindən sonra atəşfəşanlıq olub.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 11.