İsmayıllıda Milli Qurtuluş Günü münasibətilə konsert

 

İsmayıllı Mədəniyyət sarayının qarşısında 15 İyun -Milli Qurtuluş Günü münasibətilə konsert təşkil edildi. Konserti İsmayıllının minlərlə sakini və şəhərimizin qonaqları izlədilər. Tədbirdə günü-gündən yeniləşən və inkişaf edən İsmayıllıda son illərdə görülən abadlıq-quruculuq işlərindən söhbət açıldı.

Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblının üzvlərinin, rayonun tanınmış xanəndələri Sahibə Abdullayeva və Rövşən Teyyubovun çıxışları böyük maraqla dinlənildi. Bayram konserti atəşfəşanlıqla sona çatdı.

 

Çinarə Bəhərçinli

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 11.