Berlində “Mədəniyyətlərin
karnavalı”
Tədbirdə ilk dəfə
ölkəmiz də təmsil olunub
Berlində ənənəvi “Mədəniyyətlərin karnavalı” keçirilib. Üç gün davam edən karnavalın ikinci günü parad təşkil edilib. 700 minə yaxın insan Neukölndən Kreuzbergədək 3 kilometrlik məsafəni qət edən 80-dən çox əlvan rəngli avtomobili böyük maraqla izləyiblər.
Builki karnavalda
ilk dəfə olaraq
Azərbaycan da iştirak
edib. Ölkəmizi karnavalda
Azerbaijan Student Network (ASN) üzvləri təmsil ediblər. Almaniya parlamentində İPS proqramı
çərçivəsində təcrübə keçən
müxtəlif ölkələrdən
gəlmiş əcnəbilər
də Azərbaycan milli paltarlarını geyərək həvəslə
gənclərimizə qoşulublar.
ASN üzvləri tərəfindən
bəzədilmiş 42 nömrəli
Trabi-limuzin paraddakı
əlvan rəngli avtomobillər arasında xüsusilə seçilirdi. Parad başlayar-başlamaz
tələbələrimiz öz
geyim və rəqsləri ilə istər izləyicilərin,
istərsə də
media təmsilçilərinin böyük marağına
səbəb olublar.
Gənclərimiz Azərbaycan musiqisinin
sədaları altında
milli geyimlərdə rəqs edərkən izləyicilərə şirniyyat
paylamağı da unutmayıblar. Havanın yüksək
hərarətinə baxmayaraq,
izləyicilər tələbələrimizin
rəqsini izləməklə
kifayətlənməyib, özləri
də onlara qoşularaq rəqs ediblər.
Media təmsilçilərinin
və izləyicilərin fikirlərinə istinadən deyə
bilərik ki, karnavalda
ilk dəfə iştirak
etmələrinə baxmayaraq, ASN üzvləri
ölkəmizi yüksək səviyyədə təmsil etməyi
bacarıblar. Qeyd edək ki,
Azərbaycan Şərq ölkələri arasında bu tədbirdə iştirak
edən ilk ölkə olub.
Mədəniyyət.- 2014.- 18 iyun.-
S.10.