Əlyazmalar İnstitutunda elmi konfrans
Abbasqulu ağa Bakıxanov
- 220
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
görkəmli Azərbaycan
tarixçisi, maarifçi,
şair Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. Tədbir iştirakçıları
əvvəlcə yubileylə
bağlı institut əməkdaşları tərəfindən
təşkil edilmiş
sərgi ilə tanış olublar.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli konfransı
açaraq Abbasqulu ağa Bakıxanov irsinin tədqiqi sahəsində sovet dövründə görülən
işlərdən danışıb. Qeyd olunub ki, müstəqillik
illərində görkəmli
tarixçi və ədibin həyat və yaradıcılığına
bir daha nəzər salmağa ehtiyac var. Bu baxımdan “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi
haqqında” ölkə
Prezidentinin 2014-cü il
12 fevral tarixli sərəncamı böyük
əhəmiyyət kəsb
edir. Abbasqulu ağa Bakıxanovu
universal şəxsiyyət adlandıran İsa Həbibbəyli onun müxtəlif elm sahələrinə
aid əsərlərindən bəhs edib, bu əsərlər üzərində yeni istiqamətli tədqiqat işlərinin aparılması
zərurətini diqqətə
çatdırıb.
Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin
direktoru, AMEA-nın müxbir üzvü Rafael
Hüseynov “Müsəlman
Şərqində ensiklopedik
zəkalı alim tipi və Abbasqulu ağa Bakıxanov” mövzusunda məruzə ilə çıxış
edib.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov “Abbasqulu ağa Bakıxanovun əlyazma irsi” mövzusunda məruzəsində bu irsin tədqiqində böyük əmək sərf etmiş Məmmədağa Sultanov,
Ənvər Əhmədov
kimi alimlərin xidmətini diqqətə çatdırıb.
Konfransda
həmçinin AMEA-nın
Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “Azərbaycan tarixşünaslığının
inkişafında Abbasqulu
ağa Bakıxanov səhifəsi”, Nizami adına Ədəbiyyat İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətovanın
“Abbasqulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə”
əsərinin məzmununa
yeni baxış” mövzusunda məruzələri
dinlənilib.
Konfransda yekun sözü
söyləyən Əlyazmalar İnstitutunun
direktoru, AMEA-nın müxbir
üzvü Teymur Kərimli
klassiklərimizin irsinin tədqiqinə, nəşrinə
yenidən qayıtmağın vacibliyindən
danışıb, bu sahəyə ölkə
rəhbərliyinin göstərdiyi qayğını minnətdarlıqla
qeyd edib.
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 5.