“Azərbaycandan Anadoluya
könül körpüsü”
Dövlət
Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr
olunmuş “Bir millət, iki dövlət: Azərbaycandan
Anadoluya, türk dünyasına könül
körpüsü” adlı gecə və
“Qarabağdan türk dünyasına könül
körpüsü” mövzusunda 9-cu Kapadokya şeir
festivalı keçirilib.
“Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu” və
“Aşıq Şəmşir Mədəniyyət
Ocağı” ictimai birliklərinin, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun birgə təşkilatçılığı ilə
reallaşan tədbirdə Türkiyənin görkəmli
şairi Camal Safi başda olmaqla qardaş ölkədən və
İraqın Kərkük vilayətindən şairlər
iştirak ediblər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyası şairlərinin iştirakı ilə belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva türk dövlətlərini təmsil edən şair və yazıçıların türk dünyasını birləşdirən dəyər olduqlarını qeyd edib.
Tədbirdə türkiyəli şair
Camal Safi
yaradıcılığından nümunələr səslənib,
bir sıra qələm sahibləri
mükafatlandırılıb.
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 5.