Turizmin
inkişafında əhəmiyyətli tədbirlərin rolu
Mədəniyyət və turizm
naziri Soçi şəhərində beynəlxalq konfransda
iştirak edib
16-17 iyun tarixində BMT-nin Dünya Turizm Təşkilatı və Rusiyanın Turizm üzrə Federal Agentliyinin birgə təşkilatçılığı ilə Soçi şəhərində "Turizmin inkişafında əhəmiyyətli tədbirlərin rolu" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətə "Şahdağ” Qış-Yay Turizm Kompleksinin müdiriyyətinin direktoru Emin Həşimov, nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev və başqaları daxil idi.
Tədbirə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Azərbaycanla yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Misir, İspaniya, Qazaxıstan, Çin və Kambocadan turizm nazirləri və məsul şəxslər qatılıb.
Əbülfəs Qarayev konfransda "Turizm destinasiyalarının inkişafında əhəmiyyətli tədbirlərin iqtisadi və sosial mexanizmi" mövzusunda çıxış edib. Nazir turistlərin ölkəmizə cəlb edilməsində Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin böyük rolu olduğunu vurğulayaraq ölkəmizin bu sahədə təcrübəsini paylaşıb.
Səfər çərçivəsində
Əbülfəs Qarayev Rusiya
Federasiyasının mədəniyyət naziri
Vladimir Medinski, DTT-nin baş katibi Taleb Rifai
və Soçi şəhərinin meri Anatoli Paxomov
ilə görüşlər keçirib.
Tədbir çərçivəsində
iştirakçılar Soçinin olimpiya infrastrukturu ilə
də tanış olublar.
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 4..