ATİ-nin əməkdaşı beynəlxalq forumda

 

İsveçrənin Montrö və İspaniyanın Marbella şəhərlərində LAUREATE Beynəlxalq Universitetlər Qrupunun təşkilatçılığı ilə forum keçirilib. Dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycan Turizm İnstitutunun tədris şöbəsinin müdiri Nərminə Abdullayeva da iştirak edib. O, tədbir çərçivəsində İsveçrənin Glion-Les Roches və İspaniyanın Les Roches universitetlərində təqdimat-tanışlıq turunda olub, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrlə görüşüb. Altı gün davam edən tədbirin gündəliyinə əsasən İspaniya və İsveçrənin brend hotellərinə tanışlıq turu da təşkil olunub. Sonda forum iştirakçılarına sertifikatlar verilib.

 

Fəxriyyə

Mədəniyyət.- 2014.- 18 iyun.- S.4.