Milli Qurtuluş Günü teatrlarda qeyd olunub
İyunun 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Milli Qurtuluş Günü münasibətilə
yığıncaq keçirilib. Yığıncaqda çıxış edən
teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev əlamətdar günün tarixindən, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
qorunması və möhkəmləndirilməsi naminə
xidmətlərindən bəhs
edib. Teatrın ədəbi hissə
müdiri, Əməkdar
mədəniyyət işçisi
Telli Pənahqızının
Milli Qurtuluş Günü ilə əlaqədar məruzəsi
dinlənilib. Xalq artistləri
Afaq Bəşirqızı,
İlham Namiq Kamal, gənc aktrisa Gültac Əlili ulu öndərin Azərbaycan
mədəniyyətinə diqqət
və qayğısından
danışıblar.
* * *
Gənc Tamaşaçılar Teatrında
Milli Qurtuluş Günü münasibətilə
keçirilən tədbirdə
teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov bu tarixin Azərbaycanın dövlətçilik və
müstəqillik tarixində
yerindən bəhs edib. Teatrın baş
rejissoru, Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov, xalq artistləri - rejissor Cənnət Səlimova, aktyor Yasin Qarayev çıxış
edərək ulu öndərin Azərbaycanın
mədəniyyətinə, teatr sənətinə diqqət və qayğısından minnətdarlıqla
söz açıblar.
Mədəniyyət.- 2014.- 18 iyun.-
S. 4.