Xan Şuşinski adına muğam festivalı davam edir

 

Xəbər verdiyimiz kimi, iyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirilir.

İyunun 17-də festivalın gedişini izlədik, maraqlı ifalar təqdim olundu. Münsiflər heyətinin rəhbəri Xalq artisti Aygün Bayramova festivala çoxlu istedadlı uşaqların qatıldığını bildirdi: “İki il əvvəl keçirilən birinci festivala nisbətən şagirdlər daha mükəmməl hazırlaşıblar. Müəyyən tövsiyələrimiz, iradlarımız da olur. İnanıram ki, seçilən uşaqlar gələcəkdə ifaçı kimi üzə çıxaraq parlayacaqlar. Əsas səsin gözəlliyinə, nitqə ritmə qiymət veririk. Bizim borcumuz iştirakçıları şəffaf şəkildə qiymətləndirməkdir çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk”.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin musiqi şöbəsinin müdiri Natiq Mustafayev festivalın əhəmiyyətindən danışdı: “Bir turdan ibarət festivalın əsas məqsədi muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması onların dəstəklənməsidir. İfa proqramlarına xalq bəstəkar mahnıları, muğamlar daxil edilib”.

Xatırladaq ki, festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının müəllimləri - xalq artistləri Aygün Bayramova (sədr), Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova, Firuz Səxavət Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirir. İştirakçıların çıxışları iyunun 19-dək dinləniləcək qaliblərin yekun konserti gələn həftə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 

Lalə Azəri

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 4.