“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi

 

Mədəniyyət və Turizm Nazirliyi 19-26 iyun tarixində "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçirir. "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, habelə Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq.

 

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan kino-baxışlar rayon mədəniyyət və turizm şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən keçiriləcək.

İyunun 18-də Nizami Kino Mərkəzində "Milli qəhrəmanlar" sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında sənədli filmlərin müəllifləri, rejissorlar iştirak edəcəklər.

"Milli Qəhrəmanlar" sənədli filmlər həftəsinin cədvəli:

19 iyun - Bakı şəhərində Milli Qəhrəman Afqan Hüseynova həsr olunmuş "Qəhrəman" adlı filmin təqdimatı;

20 iyun - Oğuz rayonunda Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş "Vətənim mənim" adlı filmin təqdimatı;

20 iyun - Göyçay rayonunda Milli Qəhrəman Yuri Kovalyova həsr olunmuş "Azərbaycanlı Yura" adlı filmin təqdimatı;

20 iyun - Xaçmaz rayonunda Milli Qəhrəman Yaşar Şahbazova həsr olunmuş "Bitməyən ömür" adlı filmin təqdimatı;

20 iyun - Bakı şəhərində Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunmuş "Gültəkin" adlı filmin təqdimatı;

22 iyun - Ağdam rayonunda Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş "Haqqa söykənmiş həyat" adlı filmin təqdimatı;

23 iyun - Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizlik zirvəsi" adlı filmin təqdimatı;

25 iyun - Quba rayonunda Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş "Dostuma məktub" adlı filmin təqdimatı;

25 iyun - Bakı şəhərində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş "Adadan başlayan yol" adlı filmin təqdimatı;

25 iyun - Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş "Həsrətlə cənnətə qovuşanlar" adlı filmin təqdimatı;

26 iyun - Bakı şəhərində Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunmuş "Xatirələrdə yaşayan ömür" adlı filmin təqdimatı.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 2.