“İpək Yolu” beynəlxalq musiqi festivalına hazırlıq gedir

 

Azərbaycanda keçirilən musiqi festivalları içərisində rəngarəngliyi ilə seçilən “İpək Yolu” beynəlxalq musiqi festivalı ildən-ilə populyarlıq qazanır.

 

Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olub, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Milli İrsinə Dəstək Fondunun dəstəyi ilə gerçəkləşən festivalda iştirak etmək istəyən ölkələrin sayı artır. “İpək Yolumusiqi festivalının unikallığı ondan ibarətdir ki, onun konsertləri və tamaşaları Azərbaycanın qədim və gözəl guşələrindən olan Şəkidə açıq havada, tarixi memarlıq abidələri fonunda keçirilir.

Bu il iyul ayının 1-dən 5-dək keçiriləcək festivalın 5 illik yubileyinə hazırlıq işləri aparılır. Builki festivalın iştirakçıları arasında “Böyük İpək Yolu” ölkələrinə, həmçinin türkdilli xalqlara üstünlük verilib.

Hindistanın və Çinin böyük bədii kollektivləri festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin rəqs, vokal, xalq çalğı alətlərinin ifası, xor musiqisi, habelə ekzotik milli kostyumlar və qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlər nümayiş etdirəcəklər.

Festival iyulun 1-də Niyazinin məşhur “Rastsimfonik muğamının musiqisi əsasında hazırlanmış balet tamaşası ilə start götürəcək. Festivalın proqramı çərçivəsində TÜRKSOY təşkilatının hazırladığı “Defile” - 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən konsert təqdim ediləcək.

Bundan başqa, festivalda Sankt-PeterburqErmitajsimfonik orkestrinin (Rusiya) konserti gözlənilir. İstanbulun tanınmış “Modern folk topluluğumaraqlı proqramla çıxış edəcək.

Bu günlərdə Şəkidə keçirilən “TÜRKSOY rəssamlar görüşü”nün iştirakçısı olan fırça ustaları da festival təəssüratlarını öz tablolarında canlandıracaqlar.

Təbii ki, festivalın ev sahibi kimi ölkəmizin musiqi kollektivləri də kənarda qalmayacaqlar. Akademik OperaBalet Teatrı ilə yanaşı, Qədim Alətlər Ansamblı, Marionet Teatrı, habelə “Ermitajsimfonik orkestri ilə birgə çıxış edəcək Azərbaycan vokalçıları öz məharətlərini göstərəcəklər. Festivalda həmçinin “Eurovision” mahnı müsabiqəsinin qalibləri və iştirakçılarının konsertiolacaq. Bu konsert festivalın əhval-ruhiyyəsinə yeni emosiya və ritmlər gətirəcək.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 2.