“Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimatı

 

İyunun 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimatı keçiriləcək.

Professor Abuzər Xələfov bu əsərində beş minillik yazı-kitab tarixini əhatə edib, çoxsaylı elmi mənbələr əsasında kitabxanaşünaslığın təkamülünün təsnifatını və təhlilini aparıb.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S.2.