Rəssamın yubiley sərgisi

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə açılan sərgi rəssamın 60 illik yubileyinə həsr edilib. Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 70-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş olunub.

Açılış mərasimində Adil Əsədlinin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Adil Beytulla oğlu Əsədli 1954-cü il iyulun 21-də Lənkəran şəhərində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib.

Adil Əsədli Lənkəranda yaşayıb-yaratsa da, onun uğurları çoxdan respublikamızın sərhədlərini aşıb. Müxtəlif beynəlxalq və respublika miqyaslı sərgilərdə mükafatlara layiq görülüb. Əsərləri Türkiyə, İran, Rusiya, ABŞ, Fransas. ölkələrin vətəndaşlarına məxsus şəxsi kolleksiyalarda saxlanılır.

A.Əsədli rəssam-pedaqoq kimiböyük uğurlar qazanıb. 1986-cı ildən Lənkəran Uşaq Rəssamlıq Məktəbinin direktorudur. Yetirmələri bir sıra ölkələrdə sərgi və müsabiqələrdə uğurla iştirak edirlər.

Sonda Adil Əsədli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sərgi iyunun 22-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 20 iyin.- S. 12.